Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı - RƏQƏM 22 İyun 2016 01:00 Sağlamlıq "Hazırda Respublika Endokrinoloji Mərkəzində 512 nəfər şəkərli diabet xəstəsi olan uşaq dispanser qeydiyyatındadır. Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib". Maide.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Yusif İsmizadə deyib. O bildirib ki, həyata keçirilən işlər çərçivəsində 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir: "Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi" xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır". (Modern.az) Teqlər : #Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı RƏQƏM, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xiyarın qabıqlarını atmayın! 3 faydalı resept Ürək xəstələrinin diqqətinə! İsti havada...
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir