Xiyarın qabıqlarını atmayın! 3 faydalı resept 22 İyun 2016 01:00 Sağlamlıq Xiyarı salatlara əlavə etdikdə biz adətən onun qabıqlarını soyub atırıq. Təəssüf ki, qabıqlarla birlikdə biz bir çox faydalı maddələri da "tullayırıq". Xiyar bir çox orqanizm üçün vacib olan minerallarla zəngindindir. Bu mineralların əksər hissəsi xiyarın məhz qabığındadır. Xiyar və xüsusilə onun qabıqları əzələlərin (o cümlədən, ürək əzələsinin) normal fəaliyyəti üçün olduqca vacib olan kalium və maqneziumla zəngindir. Xiyarda olan sink və yod mədəaltı və qalxanvari vəzinin fəaliyyətini yaxşılaşdırır. Mis qanın tərkibinə və dayaq-hərəki sisteminə müsbət təsir edir. B qrupu ilə zəngin olan xiyar sinir sisteminə müsbət təsir edir. Sizə xiyarın qabıqlarından bir neçə faydalı resept təqdim edirik: 1. 3 orta ölçüdə olan xiyarın qabıqlarını xırda doğrayın, termosa yığın, üzərinə 1 stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün, limon əlavə edin və için. Bu faydalı içki bir çox vacib minerallarla zəngindir, susuzluğu aradan qaldırır, orqanizmi təmizləyir. Bu içkini hər gün içmək olar. 2. Xiyarın qabıqlarını blenderlə əzin, 1 ymurta sarısı, 1 x.q. xama əlavə edin, yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin. Bu maska dərini cavanlaşdırır, ağardır, daha elastik edir. / Saglamolun.Az Teqlər : #Xiyarın qabıqlarını atmayın! 3 faydalı resept, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nanəli çayın faydaları Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı - RƏQƏM
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir