Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Azərbaycan klubları Avropa Liqasında növbəti oyunlarını keçirəcək

 Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün MTK ilə qarşılaşacaq.
 
Verilən məlumata görə, “qırmızı-qaralar” avrokuboklarda yubiley matçına çıxacaqlar. MTK ilə görüş “Qəbələ”nin tarixində 20-ci avrokubok oyunu olacaq. Roman Qriqorçukun yetirmələri ilk matçdakı qələbəyə (2:1) baxmayaraq, bu yubileyi qələbə ilə qeyd etməyə çalışacaqlar.Avropa Liqasının cari mövsümündə 3 görüşdə 8 qol vuran “Qəbələ” budəfəki oyunda da meydanı qol və ya qollarla tərk etməyə cəhd göstərəcək. Qeyd edək ki, MTK səddini keçəcəyi halda, təmsilçimiz növbəti mərhələdə adlı-sanlı “Lill” klubuna rəqib olacaq.
 
Digər təmsilçimiz “Neftçi” isə “Şkendiya” ilə qarşılaşacaq. “Ağ-qaralar”ın Makedoniya təmsilçisi ilə Bakıda keçirdiyi ilk görüş qolsuz bərabərliklə nəticələnib. Avropa Liqasının cari mövsümündə keçirdiyi 3 oyunda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görən “Neftçi”ni “Şkendiya” ilə cavab görüşündə qollu bərabərlik də qane edir. Bu nəticəyə imza atacağı halda, Vəli Qasımovun komandası növbəti mərhələyə adlayacaq və “Mlada Boleslav” (Çexiya) klubuna rəqib olacaq. (apa) /
 
Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu
21 iyul
 
21:00. “Qəbələ” (Azərbaycan) – MTK (Macarıstan)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun - 2:1
 
22:00. “Şkendiya” (Makedoniya) – “Neftçi” (Azərbaycan)
Skopye. “II Filip” stadionu
İlk oyun - 0:0

Google+ WhatsApp ok.ru