Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib

 
Milli komandaların FİFA reytinqi açıqlanıb. Hesabında 252 xal olan Azərbaycan 133-cü yerdə qərarlaşıb.
 
Ötən ay açıqlanan cədvəldə 253 xalla 136-cı olan komandamız 1 xal itirsə də, 3 pillə irəliləyib. Buna DÇ-2018-in seçmə mərhələsinin ilk oyunu səbəb olub. Hesabat dövründə San-Marinonu 1:0 hesabı ilə yenən yığmamız irəliləyişə imza atıb.
 
Millimizin irəliləyişinə digər ölkələrin nəticələri də səbəb olub. Ötən ay yığmamızı qabaqlayan Anqola, Tailand, Gürcüstan, Puerto-Riko geriləməklə daha aşağı yerlərə yuvarlanıb. Dominikan Respublikası isə komandamızı arxada qoyub. 
 
Dünyanın 14-cü “onluğ”u
131 (129). Madaqaskar – 269
132 (124). Tanzaniya – 264
133 (136). Azərbaycan – 252
134 (132). Anqola – 247
135 (141). Sudan – 246
135 (120). Tailand - 246
137 (118). Gürcüstan – 240
138 (114). Puerto-Riko – 234
139 (151). Kuba – 229
140 (137). Salvador - 228
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə, Belçika 2-ci sırada qalsa da, Kolumbiya 3-cü pilləni əldən verib. Almaniya cənubi amerikalıları 4-cü yerə göndərib. 5 pillə irəliləyən Braziliya isə Kolumbiyaya şərik olub. İtaliya və İspaniya ilk “onluq”dan uzaq düşübsə, Uruqvayla Uels ora daxil olub.
 
İlk “onluq”
1 (1). Argentina – 1646
2 (2). Belçika – 1369
3 (4). Almaniya – 1347
4 (3). Kolumbiya – 1323
4 (9). Braziliya – 1323
6 (5). Çili – 1284
7 (6). Portuqaliya – 1228
8 (7). Fransa – 1188
9 (12). Uruqvay – 1173
10 (11). Uels – 1161
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Çexiya irəliləyib. Şimali İrlandiya 2, Norveç 20 pillə geriləyib. Yığmamıza uduzan San-Marino 2-ci “yüzlüy”ü də tərk edib.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (4). Almaniya – 1347
30 (28). Şimali İrlandiya - 798
33 (34). Çexiya - 762
70 (50). Norveç - 487
201 (200). San-Marino – 17
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 21-ci yerə yuvarlanıb. 2 pillə geriləyən  “ay-ulduzlular” 885 xala malikdi. (apa) /

Google+ WhatsApp ok.ru