Azərbaycanda sümük iliyinin köçürülən xəstələrin sayı açıqlanıb

Azərbaycanda sümük iliyinin köçürülən xəstələrin sayı açıqlanıb

 
“Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başlanılıb. Bu vaxta kimi ölkədə 24 nəfərə sümük iliyi köçürülüb”.
 
Verilən xəbərə görə, bunu respublikanın baş hematoloqu Çingiz Əsədov irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına dair keçirilən konfransda deyib.
 
Onun sözlərinə görə, sümük iliyi köçürmələrinin hamısı uğurla başa çatıb: «Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib. Sümük iliyi köçürülən 24 nəfərdən 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub”. (apa) /
 

Google+ WhatsApp ok.ru