Azərbaycan yığması 45 pillə irəliləyəcək 14 Oktyabr 2016 01:00 İdman Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini siyahı açıqlanıb. Verilən məlumata görə, ehtimallar əsasında qurulan cədvəl Azərbaycan milisinin fantastik sıçrayışla əlamətdar olacaq. Bu siyahıya nəzər salsaq, yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyəcək. Kurasao ilə eyni qədər inkişafa nail olan komandamız yalnız Monteneqronun irəliləyişinə həsəd apara bilər. Sonuncular irəli doğru 49 addım atıb. Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərarlaşıb. Ötən ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub. Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub. Millimiz və “qonşular”ı 84 (78). Çin - 419 85 (91). Keniya - 416 86 (82). Honduras - 411 87 (93). Haiti - 405 88 (133). Azərbaycan - 404 89 (104). Bolqarıstan - 395 90 (83). Qazaxıstan - 386 91 (85). Qətər - 385 92 (81). Ekvatorial Qvineya - 380 Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya isə “10-luğ”a daxil olub. İlk “onluq” 1 (1). Argentina – 1621 2 (3). Almaniya – 1465 3 (4). Braziliya – 1410 4 (2). Belçika – 1382 5 (4). Kolumbiya – 1361 6 (6). Çili – 1273 7 (8). Fransa – 1271 8 (7). Portuqaliya – 1231 9 (9). Uruqvay – 1175 10 (11). İspaniya – 1168 Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya irəliləyib, San-Marino mövqeyində qalıb. Digər komandalar isə geriləyib. Şimali İrlandiya 6, Çexiya 7, Norveç 11 addım geri düşüb. DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu 2 (3). Almaniya – 1465 36 (30). Şimali İrlandiya - 739 40 (33). Çexiya - 663 81 (70). Norveç - 438 201 (201). San-Marino – 17 Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə yuvarlanıb. 4 pillə geriləyən “ay-ulduzlular” 843 xala malikdi. (apa) / Teqlər : #Azərbaycan yığması 45 pillə irəliləyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AFFA daha 3 hakimin adını FİFA-ya təqdim edib “Araz” Makedoniya çempionunu darmadağın edib