Azərbaycan çempionunun rəqibləri müəyyənləşib

Azərbaycan çempionunun rəqibləri müəyyənləşib

Futzal üzrə UEFA kubokunun elit-raundunun püşkü atılıb. Verilən məlumata görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb.
 
Əsas mərhələdə ilk iki yeri tutan 12 komanda və mübarizəyə birbaşa elit-raunddan başlayan 4 klub arasında Azərbaycan təmsilçisi də yer alıb. Ötən mərhələni 3 qələbə ilə 1-ci pillədə başa vuran “Araz”ın da elit-raunddakı rəqibləri müəyyənləşib.
 
Bu mərhələdə B qrupunda çıxış edəcək Naxçıvan klubu “Yuqra” (Rusiya), “Hamburq” (Almaniya) və “Nasional” (Xorvatiya) komandaları ilə mübarizə aparacaq. Qrup oyunları noyabrın 22-27-də keçiriləcək. Çempionumuzun yer aldığı “dördlüy”ün görüşləri Zaqrebdə baş tutacaq.
 
A qrupu
“Kayrat” (Qazaxıstan)*
“Nikars” (Latviya)
“Real Rieti” (İtaliya)
“Feniks” (Kosovo)
 
B qrupu
“Yuqra” (Rusiya)
“Araz” (Azərbaycan)
“Hamburq” (Almaniya)
“Nasional” (Xorvatiya)*
 
C qrupu
“İnter” (İspaniya)
“Ekonomaç” (Serbiya)
“Xrudim” (Çexiya)
“Maribor” (Sloveniya)*
 
D qrupu
“Dinamo” (Rusiya)
“Sportinq” (Portuqaliya)*
“Dyer ETO” (Macarıstan)
“Tarqu Mureş” (Rumıniya)
 
“*” işarəsi ilə meydan sahibləri  fərqləndirilib.
 
Qeyd edək ki, “Dördlər finalı”na yalnız qrup qalibləri vəsiqə əldə edəcək. (apa) /

Google+ WhatsApp ok.ru