Azərbaycan güləşçiləri olimpiya mükafatçısının turnirində 3 medal qazanıb 24 Oktyabr 2016 01:00 İdman Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub Rusiyanın Dağıstan Respublikasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. "Report"un məlumatına görə, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub. 74 kq çəki dərəcəsində mübarizə aparan "Rio-2016"nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə o, yerli idmançı Hacı Nəbiyevi üstələyib. Bürünc medalları Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazanıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub. / Teqlər : #Azərbaycan güləşçiləri olimpiya mükafatçısının turnirində 3 medal qazanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunları keçiriləcək Premyer Liqanın IX turunun daha bir oyun keçirilib