Azərbaycanda yeniyetmə və gənclərdən neçəsinin cinayətkar olduğu açıqlanıb

Azərbaycanda yeniyetmə və gənclərdən neçəsinin cinayətkar olduğu açıqlanıb

16-17 yaşlı gənclərdən 15-i adam öldürüb və ya buna cəhd edib
 
Azərbaycanda ötən il 14-29 yaşlı yeniyetmə və gənclərdən 572-si narkotik vasitələr və güclü təsiredici maddələrlə bağlı cinayət törədib.
 
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
 
2000-ci ildən (2000-ci ildə 596 nəfər) bu tərəfə qeyd olunan rəqəm 500-600 arasında dəyişib.
 
Cinayət törədənlərdən qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri hazırlama, istehsal etmə, satma ilə məşğul olan yeniyetmə və gənclərin sayı 555 nəfər olub. Qanunsuz olaraq narkotik xassəli bitkilərin əkilməsi ilə 16 yeniyetmə və gənc məşğul olub.
 
Ümumiyyətlə, ötən il ölkədə 14-29 yaşlı yeniyetmə və gənclərdən 6403 nəfəri cinayət törədib.
 
Onlar arasında daha çox 18-24 yaşlı yeniyetmə və gənclər (2968) cinayət törədib ki, onlardan 124-ü xüsusilə ağır cinayətlər olub. 91 yeniyetmə və gənc qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətindən məhkum edilib.
 
14-15 yaşlı yeniyetmə və gənclərdən 115-i cinayət faktı ilə siyahıya düşüb. Onlardan 7-si xüsusilə ağır, 11-i ağır cinayət törədib. 16-17 yaşlı yeniyetmə və gənclərdən 362-si cinayət edib ki, onlardan 15-i qəsdən adam öldürmə və adam öldürməyə cəhdlə bağlı olub. /

Google+ WhatsApp ok.ru