Azərbaycanın 4 güləşçisi `Qızıl Qran Pri`nin finalına vəsiqə qazanıb 24 Noyabr 2016 02:00 İdman 4 güləşçi isə bürünc medal uğrunda yarışacaq Azərbaycanın 4 sərbəst güləşçisi Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Beynəlxalq "Qızıl Qran Pri" turnirinin final mərhələsində qızıl medal uğrunda görüşə vəsiqə qazanıb. Giorgi Edişeraşvili 57 kq çəki dərəcəsində rusiyalı idmançı Nəriman İsrapilovla üz-üzə gələcək. 61 kq-da Əhmədnəbi Qvarzatilov kubalı Yovlis Bonn Rodrigeslə, 70 kq-da Qitinomaqomed Qadziyev rusiyalı İsrail Kasumov, 74 kq-da Cəbrayıl Həsənov isə gürcüstanlı Avtandil Kentçadze ilə qarşılaşacaq. Eyni sayda güləşçi isə bürünc medal qazanmağa çalışacaq. İki azərbaycanlı idmançı bir-biri ilə mübarizə aparacaq. 65 kq çəkidə Coşqun Əzimov və Ağahüseyn Mustafayev bürünc medal uğrunda yarışacaq. Murad Süleymanov 74 kq-da rusiyalı Zaur Makiyevlə, Aleksandr Taymurazoviç Qostiyev iranlı Moytaba Mohammadşafiye ilə, 97 kq-da isə Aslanbek Alborov ABŞ güləşçisi Dustin Lii Kilqoru ilə üz-üzə gələcək. Final görüşləri saat 17:00-da başlayacaq. (report) / Teqlər : #Azərbaycanın 4 güləşçisi `Qızıl Qran Pri`nin finalına vəsiqə qazanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub Avropa Liqasında V turun oyunları keçirilib