Azərbaycan Kubokunda 1/4 finalın iştirakçıları müəyyənləşib

Azərbaycan Kubokunda 1/4 finalın iştirakçıları müəyyənləşib

İkinci oyun günündə 4 qarşılaşma keçiriləcək
 
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, matçlardan yarısı paytaxtda, yarısı əyalətdə olacaq.
"Şahdağ" - "Kəpəz" oyunu Qusarda keçirilməli olsa da, Bakıda baş tutacaq.
 
Premyer Liqanın liderləri olan "Qarabağ"la "Qəbələ I divizionun iddialıları "Səbail"lə "Zaqatala"nı qonaq edəcəklər. Bu qarşılaşmalar az maraq doğurmur. Ötən mövsümün gümüş medalçısı "Zirə" Tovuza səfər edib. Adil Şükürovun komandası I divizionun lideri "Turan Tovuz"un qonağı olacaq.
 
3 dekabr (şənbə)
13:00. "Turan Tovuz” – "Zirə”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Tovuz. Şəhər stadionu
 
13:00. "Şahdağ” – "Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. "Bayıl Arena” stadionu
 
15:00. "Qəbələ” – "Zaqatala”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ. Şəhər stadionu
 
17:00. "Qarabağ” – "Səbail”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Bakı. "Azərsun Arena” stadionu (CBC Sport, canlı)
 
Qeyd edək ki, "İnter", "Neftçi", "Sumqayıt" və AZAL 1/4 finala vəsiqə qazanıb. /

Google+ WhatsApp ok.ru