Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Azərbaycan Kubokunun qalibi müəyyənləşib

"Qarabağ" klubu tarixində 6-cı dəfə Azərbaycan Kubokunun qalibi olub. Ağdam komandası ardıcıl üçüncü mövsümü qızıl dublla başa vurub
 
Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. 
 
Naxçıvan Muxtar Respublikasının stadionunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. 
 
Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib. 
 
Beləliklə, "Qarabağ" ardıcıl üçüncü mövsümü "qızıl "dubl"la başa vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub. 
 
Qeyd edək ki, görüş gündüz saatlarında isti hava şəraitində baş tutub. Bununla belə, oyunu 12 minədək tamaşaçı izləyib. (report) /

Google+ WhatsApp ok.ru