Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb

Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb

Çempionata avqustun 12-də start veriləcək
 
Bu gün Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkatma mərasimi keçirilib.
 
AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurumun baş direktoru Məlik Həsənov, Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov, klub nümayəndələri və jurnalistlər iştirak edib.
 
Püşkə əsasən I turda bu oyunlar baş tutacaq: “İnter”- "Qəbələ", “Neftçi” - "Qarabağ”, “Sumqayıt” – “Kəpəz, "Zirə" – “Səbail”.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında avqustun 12-də start veriləcək. Açılış həftəsinin matçları iki günü əhatə edəcək. (report) /

Google+ WhatsApp ok.ru