Azərbaycanda insan hüquqlarının vəziyyəti AŞPA-müzakirə ediləcək 04 Avqust 2017 01:00 Hüquq Parlament Assambleyasının (AŞPA) komitələrində Azərbaycanda demokratik institutların fəaliyyəti və insan haqlarının vəziyyəti müzakirə olunacaq. Avropa Şurası Parlament Assambleyanın saytında yerləşdirilmiş xəbərdə deyilir ku, sentyabrın 5-də Parisdə AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsinin iclası keçiriləcək. Toplantıda Belçikadan olan parlamentari Alen Destercenin (Alain Desterxhe) təqdimatında Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunan hesabat müzakirə ediləcək. Sentyabrın 7-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq. Toplantıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsini təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq. (azadliq.info) / Teqlər : #Azərbaycanda insan hüquqlarının vəziyyəti AŞPAmüzakirə ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Nardaran məhbusları” Qobustanda karsa salınıb Azərbaycanda kuryoz: məhkəmə ölüyə pul cəzası kəsib - FOTO