Azadlıq qəzetinin redaktor müavini istintaqda dindirilib

Azadlıq qəzetinin redaktor müavini istintaqda dindirilib

Dekabrın 29-da “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
 
Rahim Hacıyev "Amerikanın Səsi"nə deyib ki, onu müstəntiq Anar Dəmirçiyev dindirib.
 
“Bir saat ərzində  müstəntiqin Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi və “Azadlıq” qəzetinin fəaliyyəti ilə bağlı suallarına cavab verdim”, deyə o qeyd edib.
 
Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 283-2-ci maddəsilə (milli, irqi, dini düşmənçilik salmaq) ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib.
 
İstintaq Faiq Əmirlini Hizməıt Hərəkatının imamı kimi tanıyıb.
 
F.Əmirli ittihamları qəbul etmir, gülməli adlandırır və sifariş hesab edir. (contact)
 

Google+ WhatsApp ok.ru