Azərbaycanda yeni doğulan hər 10 körpədən cəmi ikisi ana südü ilə qidalanır

Azərbaycanda yeni doğulan hər 10 körpədən cəmi ikisi ana südü ilə qidalanır

78 mln. körpənin (dünyada yeni doğulan hər beş körpədən üçü) doğulduqdan sonra ilk saat ərzində ana südü almaması onlar arasında ölüm və xəstəlik riskini artırır.
 
Bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
 
Belə uşaqların əksəriyyəti aşağı və orta gəlirli ailələrdə dünyaya gəlir. Ana südü ilə qidalanma onların həyatınə xilas edərdi, deyə UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətində qeyd edilir.
 
Azərbaycanda yeni doğulanların 20%-dən bir qədər azı ilk sayda ana südü ilə qidalanır.
 
Azərbaycan belə göstəriciləri olan azsaylı ölkələr qrupuna daxildir. Eyni zamanda, Azərbaycanda hər 10 yeni doğulan körpədən cəmi 2-si dünyaya gəldikdən sonrakı ilk saat ərzində ana südü alır.
 
Ana südü ilə qidalanmanın bir neçə saat gecikməsinin belə körpələrin həyatı üçün təhlükəli nəticələri ola bilər.
 
"Anaların ailə, tibb işçiləri, işə götürənlər və hökumət tərəfindən dəstəklənməsi üzrə səylər gecikmədən artırılmalıdır. Anaların öz övladlarının həyata lazımi səviyyədə başlamasını təmin edə bilməsi zəruridir", deyə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib. (contact.az)
 

Google+ WhatsApp ok.ru