Bəşər nəslinin davam rəmzi

Bəşər nəslinin davam rəmzi

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 223-cü ayəsində buyurur:

نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ

Qadınlarınız sizin əkin yerlərinizdir. İstədiyiniz vaxt öz əkin yerinizə gəlin. Özünüz üçün qabaqcadan (yaxşı əməllər) nəzərdə tutun. Allahdan qorxun bilin ki, Onunla görüşəcəksiniz. (Ya Peyğəmbər!) Möminlərə (Cənnətlə) müjdə ver.”

Bu ayədə qadınlar əkinəcəyə bənzədilmişlər. Doğurdan da, bu bağça doqquz ay müddətində bəşəriyyətə övlad çiçəyini təqdim edir. Bəşəriyyətin əkin sahəsi olmadan yaşaya bilmədiyi kimi, qadın olmadan da bəşər nəsli davam edə bilməz.

Qadın kam almaq vasitəsi deyil. O, bəşər nəslinin davam rəmzidir. Demək, qadınla yaxınlıqda pak bir nəsil intizarında olmaq lazımdır; insan bütün məqamlarda müqəddəs hədəflərə malik olmalıdır. “İttəqqullah” ifadəsi xəbərdarlıq edir ki, icazə verilməmiş yollarla cinsi ehtirası söndürmək olmaz. Bu yolu seçənlər Qiyamət günü üzüqara olar. Saleh əməl və Qiyamət günü xeyir mücəssəməsi olan övladlar və nəsil yetişdirin.

Bildirişlər

1. Münasib həyat yoldaşı münasib əkinəcək kimidir. Yaxşı məhsul götürmək üçün münasib toxuma ehtiyac var.

2. İstər toxum (kişinin nütfəsi), istərsə də torpaq (qadının rəhmi) təvəllüddə mühüm rola malikdir. Gələcək nəslin necəliyi və davamında qadın və kişinin rolu var.

3. Qısamüddətli qadağaların ardınca uzunmüddətli bəhrələnmə dövrü gəlir.

4. Yaxınlıq üçün kişi qadına yaxınlaşmalıdır.

5. Meyillərdə ilahi yön olmalıdır. Əgər yaxınlıq zamanı pak övlad və Qiyamət ehtiyatı nəzərdə tutularsa, bu yaxınlıq da ilahi rəngdə olar. “Səhihi-Buxari”də yazılır: İlahi övliyalar yaxınlıq zamanı mücahid övlad qəsdində olurlar.

6. Əgər pak nəsil yetirsəniz, özünüz ondan bəhrələnəcəksiniz.

7. Qadın əşya deyil. O, azadlığın bünövrəsini qoyan, tarixə sərmayə yatıran, axirət hədiyyələrini gətirəndir.

8. Doğub-törəmə izdivacın əsas məqsədlərindəndir.

9. Yaxınlıq zamanı təqvanı gözləyin.

10. Nəfs istəkləri təqva vasitəsi ilə nəzərə alınmalıdır.

11. Təqvaya çatmaq üçün ən yaxşı vasitə axirətə imandır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 223-cü ayənin təfsiri.)

Maide.Az

 

Google+ WhatsApp ok.ru