Bakıda banklara borcu olanlar tutuldu

Bakıda uzun müddət axtarışda olan 8 nəfər tutulub. 
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsi, qeydiyyat şəxsiyyət vəsiqəsi şöbəsi əməkdaşları tərəfindnə həyata keçirilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, borclu kimi axtarışda olanlar 1987-ci il təvəllüdlü Elnur Hüseynov, 1963-cü il təvəllüdlü İradə Musayeva, 1984-cü il təvəllüdlü Zaur Atayev, 1979-cu il təvəllüdlü Natiq Məmmədov, 1963-cü il təvəllüdlü Eldəniz Məmmədov, 1976-cı il təvəllüdlü Anar Məmmədov, 1956-cı il təvəllüdlü Həmid Mehdiyev, 1988-ci il təvəllüdlü Aqil Məmmədov müəyyən olunaraq tutulublar.
 
Saxlanılan şəxslər banklara borclu olduqlarına görə axtarışa verilmişdilər
 
Borclu şəxslərlə bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru