Bakıda marşrut avtobusunu daşa basan şagirdlər və valideynləri barədə tədbir görülüb

“Baku Bus”un avtobusunu daşa basan orta məktəb şagirdləri və onların valideynləri barəsində tədbir görülüb.
 
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb.
 
Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub.
 
Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

Google+ WhatsApp ok.ru