Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb 17 Avqust 2016 01:00 Münasibət Zirzəmisi su ilə dolu olan binalara daha çox Qaradağ və Xətai rayonlarında rast gəlinir "Bu ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəmi aşkarlanıb". "Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin zirzəmilərin bir hissəsinə kanalizasiya xətlərində yaranan nasazlıq nəticəsində su dolub, digər hissəsini isə qurunt suları basıb. Mərkəzin şöbə müdiri qeyd edib ki, zirzəmilərdən götürülən su nümunələri qurumun labortiyalarında analiz olunur: "Suyun mənşəyini aydınlaşdırmaq və hansısa xəstəliklərə səbəb olub-olmadığını araşdırmaq bizim işimizdir. Analizlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər göndəririk". Z.Kazımov deyib ki, bu kimi hallar Bakının əksər rayonlarında qeydə alınır: "Ən çox Qaradağ və Xətai rayonlarında su yığılan zirzəmilərə rast gəlinir. Belə hallar daha çox 9 mərtəbəli hündür binaların zirzəmilərində müşahidə olunur. Hansı ki həmin binalar SSRİ vaxtında inşa olunub və orada demək olar ki, indiyə qədər kommunikasiya xətlərinin təmiri aparılmayıb". / Teqlər : #Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda bir gündə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb Nazirlik bu çimərliklərə getməyi qadağan etdi