Balotellidən İsrailə etiraz

İtaliya millisinin və "Milan"ın ulduz futbolçusu Mario Balotelli İsrailə "Facebook" və “Twitter” vasitəsilə sərt reaksiya göstərib. 
 
İntizamsız hərəkətləri ilə mətbuatın gündəmindən düşməyən və futbolun “yaramaz uşağı” adlandırılan Balotelli bu reaksiya ilə sosial şəbəkədə böyük dəstək alıb.
 
O, uşaqların parklarda, çimərlikdə sərbəst şəkildə dolaşıb, oynamalı olduğunu bildirib: “Uşaqlar çimərliklərdə oyanarkən mənfi təsirli hadisələr olmamalıdır”.
 
Bundan əlavə o, sosial mediada aparılan “Qəzzada müharibəni dayandırın” kampaniyasına qoşulub.

Google+ WhatsApp ok.ru