Bankların özbaşınalığı – HÜQUQŞÜNASDAN ETİRAZ

Bankların özbaşınalığı – HÜQUQŞÜNASDAN ETİRAZ

Son günlərdə bəzi bankların nümayəndələri müqavilə öhdəliyi olan borclu vətəndaşların iş yerlərinə gedərək, təşkilat rəhbərlərinin qəbuluna girirlər. Hüquqşünas Nicat Gözəlov öz facebook statusunda göstərir ki, qəbulda bank rəhbərliyinin rəsmi müraciətini təqdim edərək banka borcu olan işçinin məsuliyyətsiz olması, ona qarşı ciddi tədbirlərin görülməsində əməkdaşlıq təklif edilir. Bundan başqa, kredit götürənin kollektivdə müzakirəsinin aparılması, gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbardar edilməsi və sairə təhdid, şantaj dolu özbaşınalığa yol verirlər. Əsas hədəfdə isə dövlət qulluqçuları, təhsil və səhiyyə işçiləridirlər. 

N.Gözəlov: "Bir daha nəzərinizə çatdırıram ki, bu özbaşınalıqdır, qanunsuzdur və hətta cinayət xarakterli əməldir. Kiməsə münasibətdə eyni hərəkət törədilmişdirsə, həmin banka qarşı qanunla müəyyən edilmiş qaydada ciddi tədbirlər görülməsi, həmçinin ictimailəşdirilməsi üçün hüquq-mühafizə orqanlarına və ya ən yaxındakı hüquqşünaslara müraciət edin! Sizin ailə sirrinizi yayaraq, təhdid və hədə-qorxu ilə özbaşınalıq edənlər cəzasız qalmamalıdırlar.  Bankların rəhbərləri qanunsuz hərəkətləri ilə Vətəndaşımızın Dövlətimizə və Qanunlara inamını sarsıtmamalıdırlar". (fins.az) /
 

Google+ WhatsApp ok.ru