`Bavariya` `Mançester Siti`-nin hədəfində olan oyunçunu transfer edir

`Bavariya` `Mançester Siti`-nin hədəfində olan oyunçunu transfer edir

"Bavariya" Almanya millisinin oyunçusu Leroy Saneni transfer tmək istəyir.
 
Maide.Az "Bild" qəzetinə istinadən bildirir ki, münhenlilər "Mançester Siti"nin maraq dairəsində olan yarımmüdafiəçini transfer etmək niyyətindədilər.
 
Münhen klubu futbolçunu bir neçə gün bundan öncə itirdikləri Aryen Robbenə əvəzçi olaraq istəyirlər. 
 
Xatırladaq ki, Robben "Lippştadt"la yoldaşlıq görüşündə zədələnərək, 6-7 aylıq yaşıl meydanlardan uzaq düşüb.
 
Qeyd edək ki, 20 yaşlı Sanenin "şəhərlilər" ilə şəxsi razılığa gəldiyi bildirilir. Onun 50 milyon avro qarşılığında "Mançester Siti"yə 4 illik satıldığı iddia edilir. /

Google+ WhatsApp ok.ru