Beynəlxalq hüquq müdafiə təşkilatlarından hakimiyyətə sərt təpki

"Özünü mütərəqqi kimi təqdim edən Azərbaycan hakimiyyəti ölkələ daxilində tənqidçilərini təqib etməklə məşğuldur." Belə bir fikirlə Almaniyanın Frankfurter Rundschau nəşrinə açıqlama verən Transpareny International təşkilatının “İdman” işçi qrupunun rəhbəri Silviya Şenk və Human Rights Watch təşkilatının Almaniya bürosunun rəhbəri Ventsel Mixalski çıxış ediblər.
 
Hüquq müdafiəçiləri bu ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunları ərəfəsində jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçiləri Leyla və Arif Yunusun, Rəsul Cəfərovun və digərlərinin həbs olunduğunu xatırladırlar. Həmçinin yarış ərəfəsində Bakıda ATƏT-in bürosunun bağlandığını yada salan hüquq müdafiəçiləri Amnesty International nümayəndələrinin ölkəyə buraxılmadığını qeyd edirlər. Eyni zamanda ölkədəki repressiyalara və Azərbaycanın olimpia xartiyasına riayət etməməsinə göz yuman Beynəlxalq Olimpiya Komitəsi də Silviya Şenk və Ventsel Mixalski tərəfindən ciddi tənqid olunur. Nəticədə Azərbaycanda təqib sistemi heç vaxt olmadığı qədər gücləndi.(Azadlıq)

Google+ WhatsApp ok.ru