Bişirilən nişastalı qidalar ölümcül təhlükəyə səbəb ola bilər

Bişirilən nişastalı qidalar ölümcül təhlükəyə səbəb ola bilər

Britaniya hökumətinə bağlı Ərzaq Standartları Agentliyi (FSA) çörək və kartof kimi nişasta tərkibli yeməklərin yüksək temperaturda bişiriləndə xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
 
Deyerler.org YeniSafak-a istinadən xəbər verir ki, yüksək temperaturda akrilamid adlı bir kimyəvi maddənin ortaya çıxdığını deyən mütəxəssislər bu maddənin xərçəngə səbəb olduğunu iddia edirlər. FSA təhlükəni azaltmaq üçün bu cür qidaların bişirmə göstərişlərinə diqqətlə əməl edilməsi və çox qızardılaraq, rəngi tünd olmayacaq formada bişirilməsini tövsiyə edir.
 
FSA bundan başqa, kartofun soyuducuda saxlanılması barədə xəbərdarlıq da edir. Bunun səbəbi isə sərin mühitdə kartofun tərkibindəki şəkər səviyyəsinin artması və bişirmə zamanı ortaya çıxan akrilamidin miqdarını yüksəltməsi kimi göstərilir.
 
Ancaq Xərçəng Araşdırmaları Təşkilatının sözçüsü akrilamid ilə xərçəng arasında əlaqənin insanlarda hələ sübut olunmadığını qeyd edir.
 

Bişirilən nişastalı qidalar ölümcül təhlükəyə səbəb ola bilər

Bişirilən nişastalı qidalar ölümcül təhlükəyə səbəb ola bilər
Bişirilən nişastalı qidalar ölümcül təhlükəyə səbəb ola bilər
Bişirilən nişastalı qidalar ölümcül təhlükəyə səbəb ola bilər

 

Google+ WhatsApp ok.ru