Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Günün yeganə görüşü Zirədə baş tutacaq
 
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçiriləcək.
 
Günün yeganə oyunu Zirədə keçiriləcək.
 
Zirənin eyniadlı komandası "İnter"i sınağa çəkəcək. "Bankirlər" qələbə qazanacağı təqdirdə 3-cü pillədəki mövqeyini möhkəmləndirəcək. "Zirə" isə ev oyunundan 3 xalla ayrılacağı təqdirdə 4-cü pilləyə yüksələcək. Komandalar bu günədək 5 oyunda qüvvəsini sınayıb. Hərəyə bir dəfə qələbə qazanan tərəflər 3 dəfə meydanı sülhlə tərk edib. Cütlüyün qarşılaşmasında meydan sahibi komanda heç vaxt uduzmayıb. "İnter" 3 oyundur meydanı qolsuz tərk etmir.
 
Azərbaycan Premyer Liqası, XIII tur
28 noyabr
17:00. "Zirə" - "İnter"
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Zirə İdman Kompleksinin stadionu
 
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. (report) /

Google+ WhatsApp ok.ru