Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq 09 May 2017 01:00 İdman Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Turində aydınlıq gələcək. Səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq. Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq. “Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz. / UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunu 9 may 22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa) Baş hakim: Byörn Kuypers (Hollandiya) İlk oyun – 2:0 Teqlər : #Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Millinin heyəti açıqlanıb Çempionlar Liqasında ilk finalçı müəyyənləşib - VİDEO