Bu gün futbol üzrə DÇ-2018-in seçmə qrup oyunları keçiriləcək 11 Noyabr 2016 02:00 İdman Gecənin maraqlı görüşlərindən biri A qrupunda olacaq Futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində bu gün IV tura start veriləcək. Verilən məlumata görə, ilk oyun günündə 10 qarşılaşma keçiriləcək. Gecənin maraqlı görüşlərindən biri "A" qrupunda olacaq. Hərəyə 7 xalla qrup liderliyini bölüşən Fransa və İsveç yığmaları Sent-Denis şəhərindəki "Stad de Frans"da üz-üzə gələcəklər. Qalib gələn komanda qrup liderliyində möhkəmlənəcək. Azərbaycan millisinin yer aldığı "C" qrupunda 3 oyun keçiriləcək. Milli komanda səfərdə Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda qələbə və heç-heçə sayəsində hazırda olduğu ikinci pilləni qoruyacaq. Qrupun digər vacib görüşündə Çexiya Norveç yığmasını qəbul edəcək. Qələbə qazanan komanda qrupda irəliləmək şansı qazanacaq. Qrupun digər oyununda isə lider Almaniya aktivində xal olmayan San-Marino yığmasının qonağı olacaq. "E" qrupunun mərkəzi görüşündə Rumıniya yığması Polşanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı təqdirdə lider Monteneqronun Ermənistan səfərindəki nəticəsindən asılı olaraq birinci pilləyə də yüksələ bilər. Məğlubiyyət və heç-heçə isə polşalıların xeyrinə olacaq. Digər oyunlar isə "F" qrupunda keçiriləcək. Dünya çempionatı, seçmə qrup mərhələsi, IV tur 11 noyabr A qrupu 23:45. Fransa - İsveç Xal durumu: Fransa - 7. İsveç - 7. Hollandiya - 4. Bolqarıstan - 3. Belarus - 2. Luksemburq - 1. C qrupu 23:45. Şimali İrlandiya - Azərbaycan 23:45. San Marino - Almaniya 23:45. Çexiya - Norveç Xal durumu: Almaniya - 9. Azərbaycan - 7. Şimali İrlandiya - 4. Norveç - 3. Çexiya - 2. San-Marino - 0. E qrupu 23:45. Danimarka - Qazaxıstan 23:45. Rumıniya - Polşa 23:45. Ermənistan - Monteneqro Xal durumu: Monteneqro - 7. Polşa - 7. Rumıniya - 5. Danimarka - 3. Qazaxıstan - 2. Ermənistan - 0. F qrupu 23:45. Malta - Sloveniya 23:45. Slovakiya - Litva 23:45. İngiltərə - Şotlandiya Xal durumu: İngiltərə - 7. Litva - 5. Sloveniya - 5. Şotlandiya - 4. Slovakiya - 3. Malta - 0. Qeyd edək ki, digər oyunlar 12-13 noyabrda keçiriləcək. (report) / Teqlər : #Bu gün futbol üzrə DÇ2018in seçmə qrup oyunları keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bolqarıstanda sambo üzrə dünya çempionatı start götürür Bu gün DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçiriləcək