Bu gün `Qarabağ` Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

Bu gün `Qarabağ` Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

Bu gün Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

"Report" xəbər verir ki, komandanın rəqibi Çexiyanın "Viktoriya" klubu olacaq.

Komandalar arasında ilk matç saat 21:15-də Plzen şəhərinin "Dusan Arena" stadionunda keçiriləcək.

Görüşün hakimi makedoniyalı Aleksandar Stavrevdir.

"Qarabağ" və "Viktoriya" arasında statistikaya gəldikdə isə, bu iki komanda rəsmi oyunlarda indiyə qədər üz-üzə gəlməyib. Lakin Azərbaycanın futbol azarkeşləri iki oyunun nəticəsinə görə "Qarabağ"ın mərhələ adlayacağına böyük ümidlər bəsləyirlər.

"Qarabağ" "Viktoriya" ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. /

Google+ WhatsApp ok.ru