Bu il 193 nəfər İİV-ə yoluxub, 16 nəfər ölüb 18 May 2018 01:00 Sağlamlıq -- Onlardan 188-i Azərbaycan vətəndaşı "Bu ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 193 nəfər təşkil edib. Onlardan 188-i Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir". Maide.Az bildirir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib. O bildirib ki, qeydiyyata alınmış 188 Azərbaycan vətəndaşından 123-ü kişi, 65-i qadındır: "Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. Bu ilin 4 ayında İİV infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub". E. Muradov qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşlarından 23 nəfəri parenteral kontakt, 89 nəfəri heteroseksual kontakt, 10 nəfəri homoseksual kontakt, 2 nəfəri anadan uşağa ötürülməklə İİV-ə yoluxub, 64 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir. (apa) Teqlər : #Bu il 193 nəfər İİVə yoluxub,#16 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xurma yemək üçün 10 önəmli səbəb Arıqlamaq üçün bu meyvədən yeyin
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir