Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb 11 Noyabr 2016 02:00 Sağlamlıq Bu ilin oktyabrında Azərbaycanda 27 qida zəhərlənməsi faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, nəticədə 44 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 1 botulizm hadisəsi nəticəsində isə 3 nəfər zəhərlənib. İ.Abdullayev qeyd edib ki, bu ilin 10 ayında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 1 nəfər ölüb. / Teqlər : #Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb Pomidor sizi bu bəlalardan qoruyur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir