Bu səhvi bir çox qadınlar edir. Ziyanları 16 Noyabr 2016 02:00 Sağlamlıq Soyuq fəsillərdə bir çox qadınlar təzə yuyulmuş paltarları evdə, istilik sistemlərinin yanında qurudur. Bu çox pis və ziyanlı adətdir. Ev şəraitində paltarların daim qurudulması nəticəsində evdə rütubətin səviyyəsi kəskin artır və bu da toz gənələri və kif sporlarının artması üçün çox "əlverişli" şərait yaradır. Mikroskopik gənələr və kif sporları insanların nəfəs yollarına düşərək burada iltihablara, allergiyalara səbəb olur. İnsanlar "səbəbsiz" zökəmdən, öskürəkdən, baş ağrılarından, dəridə səpgilərdən əziyyət çəkir. Gənələr və kif göbələklərinin evdə artması xüsusilə immun sistemi zəif olanlar, uşaqlar və yaşlılar, astmadan əziyyət çəkənlər üçün təhlükəlidir. Onlarda bu çox ciddi xəstəliklərə, mövcud olan xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq mütəxəssislər paltarları yalnız açıq havada qurutmağı tövsiyə edirlər. (saglamolun.az) Teqlər : #Bu səhvi bir çox qadınlar edir. Ziyanları, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qan təzyiqi daha çox kasıbların problemidir Nikahdan əvvəl tibbi müayinələrin sayı artırıla bilər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir