Qan təzyiqi daha çox kasıbların problemidir

Qan təzyiqi daha çox kasıbların problemidir

Qan təzyiqi yüksək olanların sayı son 40 ildə iki dəfə artıb. İndi dünyada 1,1 milyard adam arterial hipertenziyadan əziyyət çəkir.
 
Alimlər 200 ölkədə apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
 
Aşkar edilib ki, yüksək qan təzyiqiylə bağlı xəstəliklər varlı xalqlarla müqayisədə daha çox kasıbların problemidir. Varlı ölkələrdə qan təzyiqindən əziyyət çəkənlərin sayı 1975-ci ildən bu yana azalmaqdadır. Mütəxəssislər azalmanı sağlam həyat tərziylə, pəhrizlə, dərmanların əlçatan olmasıyla izah edirlər.
 
Qan təzyiqinin ən çox yayıldığı Afrika və Cənubi Asiya ölkələridir. Mərkəzi və Şərqi Avropada da hipertenziya ciddi problem olaraq qalır, bu ölkələrdə 3 kişidən birinin qan təzyiqinin yüksək olduğunu müəyyən ediblər.
 
Dünya Səhiyyə Təşkilatının məlumatına görə ildə 7,5 milyon insanın ölümünə səbəb olan iflic və ürək tutmalarının əsas səbəbi qan təzyiqinin yüksəkliyidir.
 
Hipertenziyanın ən aşağı həddi Cənubi Koreya, Birləşmiş Ştatlar və Kanadada müşahidə olunub. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru