Böyük Britaniyalı alimlər dondurmanı dərman adlandırıblar

Böyük Britaniyalı alimlər dondurmanı dərman adlandırıblar

Böyük Britaniyanın neyropsixoloqları apardığı tədqiqatlar nəticəsində bildirib ki, dondurmanı əsl dərman hesab etmək olar.
 
Maide.Az "hitech-news.ru"-ya istinadən xəbər verir ki, bir çox televiziya şouları, cizgi filmilərdə, serial və kitablarda qəmləndirilmiş personajlara dondurma təklif olduğuna şahid olmuşuq. Bu da onun göstəricisidir ki, dodurma insan əhvalına müsbət təsir göstərir.
 
Mütəxəssislərin araşdırmalarına görə, dondurma tez bir  zamanda və böyük ustalıqla insanın əhval-ruhiyyəsini qaldıra bilir. Belə ki, insan dondurmanı yeyərkən onun beynində xüsusi zona fəallaşır. İnsanda həmin zonanın fəallığını onun ən doğma insanlarla görşdüyü zaman müşahidə etmək mümkündür.
 
Qeyd edək ki, alimlər şokolad dondurmanı ən güclü anti-depressant adlandırıb. /

Google+ WhatsApp ok.ru