Kərə yağı zərərli deyil

Kərə yağı zərərli deyil

Amerikalı dietoloqlar kərə yağının zərərli olduğu fikrini təkzib ediblər.
 
Trend "EurekAlert" portalına istinadən xəbər verir ki, araşdırmanın nəticələri barədə məqalə "Plos one" jurnalında dərc edilib.
 
Pəhriz üzrə ixtisaslaşmış alimlər hesab edirlər ki, kərə yağının istifadəsi ölüm hallarının artması, ürək-damar xəstəliklərinin yaranması ilə əlaqəli deyil. Əksinə, kərə yağı ikinci növ şəkərli diabetin yaranmasının qarşısını alır.
 
Amma alimlər qeyd edirlər ki, kərə yağı insan tərəfindən sutka ərzində 14 qram (təxminən 1 xörək qaşığı) həcmində qəbul olunduqda zərərli sayılmır.
 
Eyni zamanda tədqiqatçıların fikrincə, bitki tərkibli yağlar (zeytun, pambıq, soya, raps) kərə yağı ilə müqayisədə daha üstün tutulmalıdır.

Google+ WhatsApp ok.ru