Cəmil Həsənli: `Bu ölkədə heç kəs harınlıqdan sığortalanmayıb`

Maide.az xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində jurnalist Rasim Əliyevin ölümü ilə bağı fikirlərini açıqlayıb: «Qoçu gülləsi, üstlərinə sürüləcək maşınlar, idmançı yumruqları hər an bu millətin başının üzərindədir. İdmanın ayrı-ayrı nazirlərə, vəzifəli şəxslərə tapşırılması bu sahənin kriminallaşması üçün geniş imkanlar açır. Bir neçə idman yarışındakı uğurlardan sonra çox asanlıqla çempion olmuş şəxslər müxtəlif nazirliklərdə saxlanılan «hücumçu dəstələrin» sıravi «döyüşçülərinə» çevrilirlər. Son illərdə hətta hüquq-mühafizə orqanlarında həbs edilmiş şəxsləri döymək, müxtəlif işgəncə əməllərini həyata keçirmək üçün xüsusi idmançı dəstələri saxlayırlar».

Google+ WhatsApp ok.ru