Cərrahlar 20 kq-lıq şişi xaric ediblər

Cərrahlar 20 kq-lıq şişi xaric ediblər

Rostov (Rusiya Federasiyası) cərrahları 20 kq çəkisi olan bədxassəli şişi xaric ediblər.
 
Rus KİV-inin məlumatına görə, yaşlı kişi qarınının səbəbsiz olaraq böyüməsindən narahat olub və həkimlərə müraciət edib. Müayinə zamanı xəstənin qarın boşluğunda çox iri liposarkoma (piy toxumasından inkişaf edən bədxassəli şiş) aşkar olunur.
 
Xoşbəxtlikdən, şiş heç bir digər orqana yayılmayıb. Həkimlər şişi xaric etməyə qərar veriblər. Əməliyyat uğurlu keçib. Belə böyük şişlərin xaric edilməsi zamanı güclü qanaxmaların riski olduqca böyük olur. Cərrahlar xəbər verir ki, elektrocərrahiyyə metodlarının tətbiqi ciddi qanaxmanın qarşısını alıb.
 
2010-cu ildə Argentinada qadının qarın boşluğundan 23 kq-lıq şiş xaric olunub. Bu şiş dünyada ən iri xaric olunmuş şiş sayılır. /
 
/saglamolun.az

Google+ WhatsApp ok.ru