Cəbhəçiyə inzibati cəza verildiyi deyilir

Cəbhəçiyə inzibati cəza verildiyi deyilir

AXCP Ağstafa rayon şöbəsinin üzvü Vüsal Zeynalovun saxlandığı bildirilir.
 
Bu haqda AzadlıqRadiosuna partiyanın yerli təşkilatından məlumat veriblər
 
V.Zeynalovun polisə müqavimətdə ittiham olunaraq, 20 sutka inzibati həbs cəzası aldığı deyilir.
 
Ancaq rayon təşkilatı hesab edir ki, bu, AXCP-yə qarşı təzyiqlərin davamdır.
Məsələyə, hələlik, Ağstafa rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.
 
Hazırda AXCP-nin 10-dan çox üzvü həbsədir. Partiyanın daha bir neçə fəalı inzibati həbs cəzası alıblar.
 
AXCP onların siyasi motivlərlə həbs olunduğunu düşünür. Ancaq hakimiyyət rəsmiləri ölkədə fəalların siyasi motivlərlə həbs edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər. Hakimiyyət rəsmilərinin fikrincə, həmin şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. /

Google+ WhatsApp ok.ru