Cəfəri dəmləməsinin faydaları

Cəfəri dəmləməsinin faydaları

Keçmişdə cəfəri ən faydalı otlardan sayılırdı. Bu səbəbdən də gündəlik qidada cəfəri yeyilir, bu otun dəmləməsi içilir, dəmləməsi ilə üz yuyurdular.
 
Cəfəri dəmləməsi həqiqətən çox faydalıdır:
- orqanizmi ziyanlı maddələrdən təmizləyir
- arıqlamağa kömək edir
- dərinin vəziyyətini yaxşılaşdırır
- ürəyin fəaliyyətinə mübət təsir edir, ürəyə düşən gərginliyi azaldır
- böyrəkləri duzlardan və qumdan təmizləyir
- sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır
- mübadilə proseslərini yaxşılaşdırır
- orqanizmə iltihab və xərçəng əleyhinə təsir edir
- qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstəliyi zamanı faydalıdır
- soyuqdəymə və qripp zamanı xəstənin vəziyyətini yüngülləşdirir, hərarətin düşməsinə kömək edir.
 
Cəfəri dəmləməsini hazırlamaq üçün 2 x.q. doğranmış cəfəri (qövdələr də istifadə olunur) termosa qoyulur, üzərinə 1 stəkan isti su tökülür, 1 saat ərzində dəmlənir və gündə 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir. Müalicə kursu - 2 həftə. Sonra 2 həftə fasilə verin və yenə 2 həftə için. (saglamolun.az) /
 

Google+ WhatsApp ok.ru