CƏHƏNNƏMƏ GEDƏNLƏR-6

CƏHƏNNƏMƏ GEDƏNLƏR-6

Əvvəli BURADA 
 
 
39. Allaha qarşı yalan uyduranlar. “Ənkəbut” surəsinin 68-ci ayəsində buyurulur:
 
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءهُ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ
“Allaha qarşı yalan uydurub düzəldən, özünə haqq (Quran və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?”
 
40. Namaz qılmayan, yoxsulları yedizdirməyən, batil insanlarla oturub-duranlar (və Qiyaməti yalan sayanlar).  “Muddəssir” surəsinin 42-46-cı ayələrində dörd zümrənin Cəhənnəmə gedəcəyindən söz açılır və buyurulur:
 
مَا سَلَكَكُمْ فِي سَقَر. قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ. وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ. وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ. وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ
 
““Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik, yoxsulu yedirtməzdik, batilə dalanlarla birlikdə biz də dalardıq və haqq-hesab gününü yalan sayardıq.”
 
41. Haqq yoldan çıxanlar. “Cinn” surəsinin 24-25-ci ayələrində buyurulur:
 
وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُوْلَئِكَ تَحَرَّوْا رَشَدًا. وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا
 
“Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar).”
 
42. Xeyir işlərə maneçilik törədənlər. “Qaf” surəsinin 24-26-cı ayələrində bir neçə zümrənin, o cümlədən, xeyir işlərə mane olanın Cəhənnəmə atılacağından söz açılır və buyurulur:
 
أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ. مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ. الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ
 
“Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, (zülm etmək və günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!” 
 
43. Həddi aşanlar. “Mumin” surəsinin 43-cü ayəsində buyurulur:
 
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ
 
“Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. Həddi aşanlar, sözsüz ki, Cəhənnəmlikdirlər!”
 
44. Qiyamətdə əməl dəftərləri sol əllərinə verilənlər. “Vaqiə” surəsinin 41-42-ci ayələrində buyurulur:
 
وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ. فِي سَمُومٍ وَحَمِيمٍ
 
“Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? . (Onlar içlərinə) nüfuz edən od və qaynar su içində olacaqlar.”
 
45. Tərəzidə aldadanlar. “Mutəffifin” surəsinin 1-ci ayəsində buyurulur:
 
وَيْلٌ لِّلْمُطَفِّفِينَ
 
“Vay halına çəkidə və ölçüdə aldadanların!”
 
46. Eyib axtaranlar və qeybət edənlər. “Huməzə” surəsinin 1-4-cü ayələrində buyurulur:
 
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ. الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ. يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ. كَلَّا لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ. وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ. نَارُ اللَّهِ الْمُوقَدَةُ
 
“Qeybət edib tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar) və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O, mütləq “Hütəmə”yə atılacaqdır! Sən nə bilirsən ki, “Hütəmə” nədir?! O, Allahın yanar odudur.”
 
Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru