CƏHƏNNƏMƏ GEDƏNLƏR-5

CƏHƏNNƏMƏ GEDƏNLƏR-5

Qurani-Kərimə əsasən, cəhənnəmə gedən şəxslərin siyahısı aşağıdakılardan ibarətdir:
 
Əvvəli BURADA 
 

32. Müşriklər. “İsra” surəsinin 39-cu ayəsində buyurulur:

ذلِكَ مِمَّا أَوْحى‏ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ وَ لا تَجْعَلْ مَعَ اللَّهِ إِلهاً آخَرَ فَتُلْقى‏ في‏ جَهَنَّمَ مَلُوماً مَدْحُوراً

“(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!”

(Bax: “Tövbə” surəsi, ayə 17...)

33. Allahın yolundan çıxan azğınlar. “İsra” surəsinin 97-ci ayəsində buyurulur:

وَ مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ وَ مَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُمْ أَوْلِياءَ مِنْ دُونِهِ وَ نَحْشُرُهُمْ يَوْمَ الْقِيامَةِ عَلى‏ وُجُوهِهِمْ عُمْياً وَ بُكْماً وَ صُمًّا مَأْواهُمْ جَهَنَّمُ كُلَّما خَبَتْ زِدْناهُمْ سَعيراً

“Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçün isə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzüstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu azaldıqca onların (bədənlərinin) alovunu artıracağıq!”

34. İlahi ayələr və peyğəmbərləri istehza edənlər. “Kəhf” surəsinin 106-cı ayəsində buyurulur:

ذلِكَ جَزاؤُهُمْ جَهَنَّمُ بِما كَفَرُوا وَ اتَّخَذُوا آياتي‏ وَ رُسُلي‏ هُزُواً

“Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi istehza etdiklərinə görə budur onların cəzası – Cəhənnəm!”

35. Günahkarlar. “Məryəm” surəsinin 86-cı ayəsində buyurulur:

وَ نَسُوقُ الْمُجْرِمينَ إِلى‏ جَهَنَّمَ وِرْداً

“Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.”

(Bax: “Bəqərə” surəsi, ayə 81; “Taha” surəsi, ayə 74.)

36. Şeytanlar. “Məryəm” surəsinin 68-ci ayəsində buyurulur:

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا

“(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.”

37. Bütpərəstlər. “Ənbiya” surəsinin 98-100-cü ayələrində buyurulur:

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَ. لَوْ كَانَ هَؤُلَاء آلِهَةً مَّا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَالِدُونَ. لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ

“(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar. Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər.”

38. Əməl tərəziləri yüngül gələnlər. “Muminun” surəsinin 103-cü ayəsində buyurulur:

وَ مَنْ خَفَّتْ مَوازينُهُ فَأُولئِكَ الَّذينَ خَسِرُوا أَنْفُسَهُمْ في‏ جَهَنَّمَ خالِدُونَ

“Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.”

(Qeyd edək ki, Peyğəmbər (s) və ali-Peyğəmbərə (ə) salavat demək qiyamətdə əməl tərəzisinin ağır gəlməsinə səbəb olacaq.)

 

Ardı var...

 

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru