DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - VİDEO

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - VİDEO

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun oyunlarına start verilib.
 
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə D, G və İ qruplarındakı matçlar baş tutub.
 
İrlandiya və Uels milliləri qolsuz bərabərliyə razılaşıblar. Serbiya isə öz Gürcüstanı səfərdə məğlub edib - 3:1. Avstriya autsayder Moldova qarşısında qələbə qazanaraq xal ehtiyatını artırıb.
 
G qrupunda isə lider İspaniya 3-cü pillədəki İsrailə darmadağınla qalib gəlib - 4:1. İtaliya Albaniyanı məğlub edib. Lixteynşteyn – Makedoniya görüşü isə ikincilərin qələbəsi ilə başa çatıb - 0:3.
 
İ qrupunda ilk iki pillənin sahibi qarşılaşıb. Xorvatiya Ukraynanı tək qolla xalsız qoyub. Finlandiyanı sınağa çəkən Türkiyə millisi doğma meydanda 2 qola sevinib.
 
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, V tur
24 mart
 
D qrupu
Gürcüstan – Serbiya - 1:3
Qollar: Katçarava, 6 - Tadiç, 45 (pen.), Mitroviç, 64, Qaçinoviç, 89
 
İrlandiya – Uels - 0:0
 
Avstriya – Moldova - 2:0
Qollar: Sabitzer, 75, Harnik, 90
 
G qrupu
Lixtenşteyn - Makedoniya - 0:3
Qollar: Nikolov, 43, Nestorovski, 68, 73
 
İtaliya - Albaniya - 2:0
Qol: De Rossi, 12 (pen.), İmmobile, 71
 
İspaniya - İsrail - 4:1
Qollar: David Silva, 13, Vitolo, 45+1, Dieqo Kosta, 51, İsko, 88 - Rafaelov, 76
 
I qrupu
Türkiyə - Finlandiya - 2:0
Qollar: Cenk, 9, 13
 
Kosovo – İslandiya - 1:2
Qollar: Nuhiu, 53 - Siqurdarson, 25, Siqurdsson, 35 (pen.)
 
Xorvatiya - Ukrayna - 1:0
Qol: Kaliniç, 38

Турция - Финляндия 2:0. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Испания - Израиль 4:1. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Италия - Албания 2:0. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Хорватия - Украина (Обзор матча) "MyFootball.ws" от MyFootball.ws - Футбол онлайн на Rutube.

Google+ WhatsApp ok.ru