İŞİD-ə qoşulmaq istəyirdi, yaxalandı

Azərbaycan sərhədçiləri Rusiya vətəndaşını yaxalayıblar
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəsfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 oktyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini, 1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.
DSX mətbuat mərkəzindən verilən məlumata görə, araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.
 
Fakt üzrə araşdırmalar davam etdirilir. xezerxeber/
 

 

Google+ WhatsApp ok.ru