Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi barəsində hökm ləğv edilib

Bakı Apellyasiya Məhkəməsində İnsan Hüquq və Azadlıqlarının Müdafiə Təşkilatının dələduzluqda təqsirləndirilən sədri, hüquq müdafiəçisi Rasim Əlizadənin apellyasiya şikayəti əsasında məhkəmə  prosesi keçirilib.
 
Prosesdə R. Əlizadə barəsində olan hökm ləğv edilib və iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
 
Qeyd edək ki, R. Əlizadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə ittiham edilir.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan R. Əlizadə apellyasiya şikayəti verib.

Google+ WhatsApp ok.ru