Dərmanların qiyməti 34 faiz bahalaşıb

Dərmanların qiyməti 34 faiz bahalaşıb

2016-cı ilin yanvar-iyul aylarında dərmanların qiyməti 34 faiz, tibbi təyinatlı digər məhsulların qiyməti isə 24 faiz bahalanıb.
 
Bu sözləri iqtisadçı Rövşən Ağayev özünün facebook hesabında Dövlət Statistika Komitəsinin məlumatına əsasən qeyd edib.
 
"Rəsmilərin apardığı təbliğat budur ki, dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Ayrı-ayrı dərmanların qiymətində ucuzlaşma ola bilər. Amma rəsmi statistikanın məlumatına görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalanmanın lideri məhz dərman vasitələridir",- deyə Rövşən Ağayev bildirib.
 
Ekspertin sözlərinə görə, tibbi sığorta sistemi çalışmadığından müalicə və sağlamlığın qorunması ilə bağlı xərclərin real səviyyəsi ailə büdcəsindən kifayət qədər yüksəkdir. (islamazeri)
 
 

 

Google+ WhatsApp ok.ru