Daha bir fırıldaqçı tikinti şirkəti ortaya çıxdı

Bakıda yerləşən daha bir MTK-ya qarşı cinayət işi başlanılıb. Maide.az-ın xəbərinə görə, Bakı şəhər sakini Qəşəm Gülalıyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Xətai rayonu, Şıxlınski küçəsində yerləşən "Orxan" MTK-nın inşa etdiyi binadan dörd mənzil alıb. Q.Gülalıyev bunun üçün Alim adlı şəxsə 218 min dollar ödədiyini bildirib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərə də satıldığı məlum olub.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Google+ WhatsApp ok.ru