Daha iki gənc dindar həbs olundu

Daha iki gənc dindar həbs olundu

Məhkəmə barələrində 10 sutka həbs cəzası verib
 
Verilən məlumata görə, Tural Allahverdiyev və Elşən Məhərrəmov aldı gənc dindarların dünən məhkəmə iclası keçirilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onlara 10 sutka həbs cəzası verib.
 
Yaxınları bildirir ki, saxlanılmalarına səbəb kimi isə yardım adı ilə pul yığmaları, daha sonra bu pulu mənimsəmələri və polisi təhqir etmələri  göstərilir.
 
Gənclər Binəqədi Müvəqqəti Saxlanma təcridxanasındadır.
 
Məlumat üçün qeyd edək ki, Tural Divanə ləqəbi ilə tanınmış Tural Allahverdiyev və Elşən Fədai ləqəbi ilə tanınmış Elşən Məhərrəmov dini şerlər və qəzəllər yazmaqla yanaşı, islamçı məhbuslara həsr etdikləri bir neçə şeir, o cümlədən mahnılar oxuyublar. (İslamazeri.az) / 

Google+ WhatsApp ok.ru