İdmanın dünyasını lərzəyə gətirən dopinq iddiası

İdmanın dünyasını lərzəyə gətirən dopinq iddiası

 
"Fancy Bear" kimi tanınan "Tsar Team" adlı rus hakerlərin Dünya Dopinqlə Mübarizə Agentliyi (WADA) tərəfindən 2016-cı il Rio Olimpiya Oyunlarına qatılan idmançıların sağlamlıq məlumatlarının saxlandığı bazaya qarşı tətbiq etdiyi kiber hücumlardan sonra ələ keçirdiyi və müxtəlif fasilələrlə dərc etdiyi məlumatlarda ciddi iddialar yer alıb.
 
FaktXəbər-in məlumatına görə, dünyada məşhur olan idmançıların adlarının yer aldığı siyahıda bir çox tanınmış şəxsin dopinq qəbul etdiyi iddiası beynəlxalq idman ictimaiyyətində mübahisələrə səbəb olub.
 
Aralarında amerikalı tennisçilər Serena ilə Venus Villams bacıları, kişilərdə keçmiş dünya çempionu ispan tennisçi Rafael Nadal, dünya və olimpiya çempionu olan ingilis atlet Məhəmməd (Mo) Farah,  karyerası ərzində 3 dəfə Fransa Velosiped Turnirində qələbə qazanan Kris Frume kimi dünya şöhrətli idmançıların dopinqdən istifadə etdiyi iddia edilib.
 
Sözügedən hesabatlarda indiyə kimi 107 idmançıdan 30-nun qadağan olunmuş dərmanlardan istifadə etdiyi məlum olub. Bu qadağan olunmuş maddələr əzələ və əzələ dartılması, astma, şiş və hiperfunksiya kimi xəstəliklərin müalicəsində istifadə edilir.
 
Dünya Dopinqlə Mübarizə Agentliyi isə hesabatlarda adı çəkilən idmançıların qadağan olunmuş maddələri yalnız müalicə məqsədilə istifadə etdiyini və sözügedən kiber hücumlarda məqsəd 2016-cı Rio Olimpiadasına qatılan məşhur idmançıların adlarının ləkələnməsidir.
 
Beynəlxalq mətbuatda isə idmançılar tərəfindən istifadə edilən müalicə məqsədli qadağan olunmuş maddələrin "qanuni dopinq" olaraq istifadə edilə biləcəyi istiqamətindəki iddialar diqqəti çəkir. /

Google+ WhatsApp ok.ru