Dünyanın ən gəlirli klubunun adı açıqlandı - SİYAHI

 
Nüfuzlu maliyyə jurnalı olan "Forbes" ötən mövsümün sonunda dünyanın ən gəlirli futbol klublarının reytinq müəyyən edib.
 
Maide.az Forbes-ə istinadən xəbər verir ki, siyahıda yer alan klubların 2014/2015 mövsümündə xalis gəlirləri hesablanıb.  Bura vergi xərcləri və transfer fəaliyyətinə xərclənmiş hesablar daxil olmayıb. 
 
Forbes görə, futbol sahəsində sönük performans göstərməsinə baxmayaraq,  keçən 2014/2015 il ərzində ən çox qazanc əldə etmiş klub "Mançester Yunayted"dir. Klub öz büdcəsini daha 190 milyon dollarla zənginləşdirmişdir.
 
Siyahıda yer alan digər klubların qazancını sizlərə təqdim edirik:
 
1. Manchester United - US $ 190 milyon
 
2. Real Madrid - 162 milyon dollar
 
3. Manchester City - 131 milyon dollar
 
4. Arsenal - 122 milyon dollar
 
5. Liverpool - $ 115 milyon
 
6. Barcelona - 108 milyon dollar
 
7. Juventus - 81 milyon dollar
 
8. Tottenham Hotspur - 73 milyon dollar
 
9. Schalke - 67 milyon dollar
 
10. Bavaria - 60 milyon dollar⁠⁠/

Google+ WhatsApp ok.ru