Tehran teatrında Azərbaycan tamaşasına böyük maraq 22 Yanvar 2018 02:00 Mədəniyyət -- Tehranda Beynəlxalq Fəcr Teatr Festivalı keçrilir Azərbaycanın Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalına iştirak edir. Yanvarın 21-də teatrın kollektivi İran paytaxtında “Cəza” tamaşasını nümayiş etdirib. Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında rolu Əməkdar Artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşa tehranlı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, yanvarın 18-da başlamış festival yanvarın 29-dək davam edəcək. “Cəza” tamaşasına baxmaq istəyənlərin çoxluğu nəzərə alınaraq səhnə əsəri yanvarın 22-də və 23-də yenidən nümayiş etdiriləcək.(azertac) Teqlər : #Tehran teatrında Azərbaycan tamaşasına böyük maraq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Məhəmmədhüseyn Şəhriyarın xatirə günüdür Dünya şöhrətli şair Məhəmməd Füzulinin xatirə gecəsi keçirilib
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək